"Əfqanıstanda İslam Əmirliyinin hakimiyyəti legitim deyil" - Pakistanın baş naziri 

11:00 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın baş naziri Ənvərül-Haq Kakar Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyi ilə bağlı açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, özəl telekanala danışan baş nazir Kakar Əfqanıstan sərhədindəki qarşıdurmalara toxunaraq, Pakistanın “sərhədlərini nəyin bahasına olursa-olsun müdafiə edəcəyini” bildirib.

Kakar Əfqanıstanda əməliyyat təşkil etmək barədə "hələ" düşünmədiklərini bildirib.

Kakar Əfqanıstan administrasiyasını “legitim olmamaqda” ittiham edib. O, Əfqanıstanda öz siyasətini tam şəkildə həyata keçirməyə qadir olan idarənin olmadığını bildirib. O, Əfqanıstandakı mövcud administrasiyanın ölkəni de-fakto idarə etdiyini, lakin bu idarənin qanuni olmadığını vurğulayıb.